Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:59

Ali Məhkəmə noyabrın 12-də jurnalist Pərviz Həşimlinin kassasiya şikayətini təmin etməyib.

Şikayət Bakı Apellyasiya Məhkəməsinin işin qismən təkrar məhkəmə istintaqı ilə keçirilməsi barədə vəsatəti rədd etməsilə bağlı idi.

Bu barədə Turan-a vəkil Elçin Sadıqov məlumat verib.

Bizim yol qəzetinin əməkdaşı Pərviz Həşimli 2013-cü il sentyabrın 17-də saxlanıb, bu il mayın 15-də isə silah qaçaqçılığı ittihamı ilə 8 il azadlıqdan məhrum edilib.

Hüquq müdafiəçiləri onu siyasi məhbus hesab edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG