Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:06

Norveçdə Saxarov mükafatının təqdimatı başlanır


Norvegiya
Norvegiya

Azərbaycanlı fəallar və media təmsilçiləri Norveç İnsan Haqları Evi Fondunun təsis etdiyi Saxarov mükafatının təqdimatı ilə bağlı Osloya yollanıblar.

Jurnalist Şahvələd Çobanoğlunun Turana verdiyi məlumata görə, mərasimə qatılanların arasında Azadlıq qəzetinin redaktoru Rahim Hacılı, jurnalist Seymur Kazımlı və Nida Vətəndaş Hərəkatının idarə Heyətinin üzvü Ülvi Həsənli də var.

Siyasi məhbus ailələrinin üzvləri də mərasimə dəvət alsalar da hələlik onların bu tədbirə qatılacaqları bəlli deyil.

Qeyd edək ki, bu il bu mükafat ümumilikdə Azərbaycandakı siyasi məhbuslara verilib.

Təqdimat mərasimi noyabrın 13-də olacaq.

XS
SM
MD
LG