Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:22

Avropa Birliyi komissarı Azərbaycanla bağlı deyir ki, siyasi məhbuslar qəbuledilməzdir


Avropa Birliyinin Qonşuluq və Genişlənmə Komissarı Johannes Hahn Azadlıq Radiosuna eksklüziv müsahibəsində “Siz siyasi məhbusların azad olunması üçün Azərbaycana təzyiq etmək fikrindəsinizmi?” -sualına cavabında deyib:

”Bu, elə məsələdir ki,biz görüşlərdə həmişə buna toxunuruq, çünki bu, Avropa Birliyi üçün qəbuledilməz vəziyyətdir.Ancaq Avropa Birliyi daxilində bəzi iş adamları Birliyi bu məsələlərə toxunduğuna görə tənqid edir. Onlar Çini misal gətirirlər ki, heç vaxt müdaxilə etmir. Ancaq mənim fikrimcə, bizim uğurumuzun bir səbəbi insanlara azadlığın, ifadə azadlığının , özlərini inkişaf etdirməyə imkan verilməsinin təmin olunmasıdır."

Günün bütün mövzuları

XS
SM
MD
LG