Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:00

Mikloş Haraşti: «Jurnalistika kriminallaşdırılmamalıdır»


ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti, 9 oktyabr 2006
ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti, 9 oktyabr 2006
Bakıda səfərdə olan ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti prezident İlham Əliyevlə görüşündə diffamasiya – böhtan və təhqirə görə, azadlıqdan məhrumetmə ilə bağlı maddələrin Cinayət Məcəlləsindən çıxarılmasını müzakirə etdiyini deyir:

«Prezident mənim diffamasiya ilə bağlı maddələrin Cinayət Məcəlləsindən çıxarılması, bu məsələnin Mülki Məcəllə əsasında həllinə dair fikirlərimi çox diqqətlə izlədi. Mən ona dedim ki, əlbəttə, biz peşəkar jurnalistikanın tərəfdarıyıq. Biz belə jurnalistikanın səviyyəsinin artırılmasına köməyə hazırıq. Amma jurnalistikanın kriminallaşdırılması 21-ci əsrdə yolverilməzdir».


Son üç ayda Azərbaycanda bir neçə jurnalist şərəf və ləyaqətin təhqirinə görə, məmurlar tərəfindən məhkəməyə verilib. Onlardan biri «Milli Yol» qəzetinin redaktoru Şahin Ağabəyli parlamentin sabiq vitse-spikeri Arif Rəhimzadənin iddiası əsasında bir il azdalıqdan məhrum olunub. Digər jurnalist «24 saat» qəzetinin redaktoru Fikrət Fərəmzoğlu isə Daxili İşlər naziri Ramil Usubovun şikayəti əsasında bir il şərti olaraq azadlıqdan məhrum olunub.


Son aylarda bir sıra beynəlxalq və yerli təşiklatlar ölkə başçısına müraciət edərək, həmin maddələrin qanundan çıxarılmasını istəyiblər.


Mikloş Haraşti oktyabrın 9-da Xarici İşlər naziri Elmar Məmmədyarovla da görüşərək böhtan və təhqirə görə, azadlıqdan məhrumetmə cəzası nəzərdə tutan maddələrin Cinayət Məcəlləsindən çıxarılması imkanlarını müzakirə edib.


Oktyabrın 10-da eyni məsələ millət vəkilləri və Azərbaycandakı diplomatik korpus nümayəndələrinin iştirakıyla keçirilən dəyirmi masada da müzakirə ediləcək. Bununla bağlı QHT nümayəndələri və ATƏT ekspertlərinin hazırladığı qanun layihəsi ATƏT-in ekspertizasından da keçib.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG