Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 23:37

«İrəvan xalçaları» rus və ingilis dillərində nəşr olunub


“İrəvan xalçaları”
“İrəvan xalçaları”

-

Bu günlərdə “Azər-İlmə”nin “Azərbaycan xalçaları bütün qrupları ilə” adlı layihəsi çərçivəsində nəfis tərtibatlı “İrəvan xalçaları” broşürü rus və ingilis dillərində nəşr olunub.

Layihənin rəhbəri, professor Vidadi Muradov Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinə bildirib ki, “Azər-İlmə”də Azərbaycan xalçalarının bütün qrupları üzrə tarixi-etnoqrafik, sənətşünaslıq tədqiqatları uğurla davam etdirilir.

İndiyədək tədqiqatların nəticələri kitablar, bröşürlər, televiziya verilişləri, sənədli filmlər, jurnallar vasitəsilə ictimaiyyətə çatdırılıb.

“İrəvan xalçaları” rus broşuru
“İrəvan xalçaları” rus broşuru

“İrəvan xalçaları” oxucuları Qərbi Azərbaycan bölgəsinin tarixi, əhalisinin məşğuliyyəti, təsərrüfat sahələri, bu torpaqların əzəli sakinləri olan Azərbaycan türklərinin əsas sənət sahələrindən olan xalçaçılıq ənənələri, toxunan xalçaların sənətkarlıq xüsusiyyətləri, onların digər xalça qruplarına aid nümunələrlə oxşar və fərqli cəhətləri ilə tanış edir.

Broşürə Qərbi Azərbaycan tarixinə dair müxtəsər məlumat, xəritələr, eyni zamanda XVIII əsrin II yarısı - XX əsrin I yarısına aid müxtəlif kompozisiyalı xovlu, kilim, zili kimi xovsuz xalçalar, xurcun, məfrəş, duzqabı, yəhərüstü kimi məişət əşyalarının fotoşəkilləri də əlavə olunub.

Broşürün ingilis variantı Nyu-Yorkun “Hudson Publishing” nəşriyyat evində çap olunub və xarici ölkə səfirliklərinə, dünya kitabxanalarına, universitetlərə, muzeylərə, nüfuzlu elmi tədqiqat mərkəzlərinə paylanması nəzərdə tutulur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG