Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:49

“Sahəm yoxdur ki, suvaram. Su da evə gilə-gilə gəlir. Bu 200 manat borc hardan yığılıb, izah edən yoxdur. Yay-qış su problemi yaşayırıq. Ancaq rayon su idarəsi camaaatdan su pulu tələb edir”.

Bunu AzadlıqRadiosunun “Qaynar xətt”inə Şirvan şəhəri, Xanlar kuçəsi, döngə 2 ev 5-də yaşayan Vəli Vəliyev deyir. Onun şikayəti yerli su idarəsindəndir.

"SAHƏM DƏ YOXDUR DESİNLƏR Kİ, SUVARMISAN, BORC YIĞILIB"

“Bu yaxinlarda mənə suvarma aparmadığım halda 200 manata yaxın borc barədə bildiriş gəlib. Həmin gündən də evimə gələn su xəttini kəsiblər. Mənim çoxsaylı şikayətlərimdən sonra xətti müvəqqəti birləşdirsələr də, borcu silməyiblər".

Şikayətçinin sözlərinə görə, rayon su idarəsinə muraciət etməsinə baxmayaraq ona borcun yaranma tarixi və ümumiyyətlə, bu borcun haradan yaranması barədə məlumat verməyiblər.

“Hamısı bir agızdan deyir ki, “bizlik deyil”. Əgər mənim həqiqətən borcum yigilırdisa, nəyə görə il boyu qapı-qapı düşüb gəzən su idarəsinin işciləri bu vaxta qədər bircə dəfə də olsun bizim qapını döyməyiblər? Niyə borcun bu qədər şişməsinə imkan veriblər? Çünki olmayıb borc...”

"BÜTÜN YAYI SUYU MAŞINLA ALMIŞIQ"

Vəli Vəliyevin sözlərinə görə, yerli su idarəsinə sayğacla bağla dəfələrlə müraciət ediblər. Ancaq sayğaclaşma aparılmır:

"Gətirib sayğac qoysalar, bilərəm ki, nə işlətmişəm, nə ödəyəcəyəm. Yoxsa ki, biz bütün yayı qonşularla birlikdə suyu maşınla almışıq. İndi də üstümüzə borcumuz haqqında bildirişlər yollayıblar. İş orasındadır ki, bildirişdə eləcə məbləğ yazılıb, borc hansı aya, hansı ilə görə yığılıb, bu, qeyd olunmayıb. Mən bilmirəm ki, bu borc hansı illərin, ayların borcudur. Gedirəm su idarəsindən soruşuram, demirlər".

Vəli Vəliyev suvarma sahəsi olmaması ilə bağlı akt da tərtib edib.

Şirvan rayon su idarəsindən bildiriblər ki, Vəli Vəliyevin ünvanına yığılmış borc araşdırılacaq. O da qeyd olunub ki, idarə Şirvan şəhərində yaxın vaxtlarda sayğaclaşma aparılmasını planlaşdırır.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG