Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:29

Zərdüşt Əlizadə: «Azərbaycan öz cazibədarlığını itirəcək»


İran ABŞ-a "cazibədar" görünəndə...
Gözlə

No media source currently available

0:00 0:04:57 0:00

İran ABŞ-a "cazibədar" görünəndə...

-

İran prezidenti Həsən Ruhaninin noyabrın 12-də Bakıya səfəri gözlənilir. Prezidentin səfər çərçivəsində bir sıra rəsmi şəxslərlə görüşməsi, bəzi birgə əməkdaşlıq müqavilələrini imzalaması nəzərdə tutulub. Politoloq Zərdüşt Əlizadə Həsən Ruhaninin gəlişini belə şərh edir.

- İran prezidentinin səfər edəcəyini eşidən kimi ağlınıza ilk gələn fikir nə oldu?

- Ruhani qərblə münasibətlərin normallaşdırılması şüarı altında gəlib. Təbii ki, belə bir şüarla gələn adam BMT-nin Baş Assambleyasında yəhudi xalqına qarşı törədilmiş soyqırımını tanıdı, bunu pislədi. Bu, Əhməd Nejatın diplomatiyasından fərqli olaraq, İranın diplomatiyasına görə mənfi bir addım idi. Belə fikir var ki, Ruhani bütün ölkələrlə münasibətlərini yaxşılaşdırmağa çalışacaq. Bu da Amerikaya xeyirdir. Bu yaxında Obama Xamneyiyə gizli bir məktub göndərdi.

Orada vurğuladı ki, biz yaxın şərqdə əməkdaşlıq edə bilərik. Ərəb Şərqində dəlixanadır, hamı bir-birini qırır. Sabit bir dövlət kimi İran Amerika üçün cazibədardır. Ola bilsin ki, şah dövründə olduğu kimi Yaxın Şərq siyasətində Amerika İrana söykənmək fikrindədir.

- Bu "cazibədarlığ"ın Azərbaycana bir faydası olacaqmı?

- Əgər qərblə İranın münasibətləri yaxşılaşsa, Azərbaycandan İrana qarşı istifadə etmək iştahı sönəcək. Bu da Azərbaycana xeyirdir. İndiyə qədər Azərbaycan ərazisindən İrana qarşı istifadə edirdilər. Bu, İranla-Azərbaycan arasında müəyyən bir gərginlik yaradırdı. İran üçün sirr deyildi ki, İsrail, Amerika kəşfiyyatı Azərbaycanda İrana qarşı işləyirdi. İndi bu münasibətlər yavaş-yavaş yumşalsa, Azərbaycan da meydança kimi öz "cazibədarlığ"ını itirəcək. Bundan əlavə, artıq ciddi qərar qəbul edilib ki, cənub-şimal dəmiryolu çəkilib qurtarsın. Bu həm İrana, həm Azərbaycana, həm də Rusiyaya iqtisadi mənfəət gətirə bilər.

- Rusiyadan Bakıya rəsmilər gələndə, politoloqlar belə şərh edirlər ki, onlar "qardaş" münasibətini xatırlatmağa gəlirlər. Bəs İran prezidenti nəyi xatırlatmağa gəlir?

- Ruhani gəlir ki, İran üçün müəyyən bir gərginlik nöqtəsini yumşaltsın. Eyni zamanda, böyük imkanlar var ki, iqtisadi sahədə əməkdaşlıq etsinlər. İran şirkətləri Azərbaycanda işləmək, qazanmaq istəyir, amma Azərbaycan hakimiyyəti heç kəsi, hətta qardaş Türkiyəni biznesini bura yaxın buraxmır. Hər şeyi öz inhisarçılarımız həll edir.

- Yerli media yazır ki, Həsən Ruhaninin qadın məsələlərində birgə əməkdaşlığa dair müqaviləyə də imza atacağı gözlənilir...

- Əksər kişilər üçün qadın qlobal problemdir. Harada bir iş var, orada bir qadın izi axtarmaq lazımdır. İranda da qadınlar dünyanın fikirləşdiyindən fərqli olaraq çox mühüm rol oynayır.

Mən 6 dəfə İranda olmuşam. Görürəm ki, əvvəla, Tehran maşınlarının 40 faizini qadınlar sürür.

İkincisi, qadınlar elmdə, təhsildə, idmanda, parlamentdə çox böyük rol oynayırlar. Düzdür, üzü bağlıdırlar, manto geyinirlər, çarşab taxırlar, amma kifayət qədər hüquqa malikdirlər. Bu yaxında da Azərbaycana İranın Qadın Məsələləri üzrə vitse prezidenti gəlmişdi. Görünür, bu bizim birinci ledinin şənini qaldırmaq üçün bir məsələdir ki, həm də qadın məsələsi gündəliyə salınıb.

- Cənub-Şimal istiqamətində dəmiryolu açılarsa, Azərbaycan bundan nə qazanır?

- Cənub-Şimal dəmiryol açılsa, cənub-şimal istiqamətində avtomobil yolunun işlədilməsi daha müsbət həllini tapsa, bu hər iki ölkəyə iqtisadi dividentlər gətirir. Bundan başqa, zənnimcə, indiyə kimi, İranla Azərbaycan arasında mübahisəli neft yatağı - Xəzərin cənub hövzəsində - ağlabatan olardı ki, bunu Azərbaycan İran birgə işləməyi boynuna götürsələr, mübahisə predmeti itər. Yəni ağıllı tərəflər bunu belə həll edər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG