Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:42

Amerikalı tələbələr Rusiyadan çıxarılıb


ABŞ-dan olan 4 tələbəyə Rusiyanı tərk etmək əmr olunub. Hakimiyyət onların vizalarının düz olmadığını deyib. Həmin tələbələr noyabrın 6-da Sankt Peterburqda iki həftəlik liderlik konfransına gəliblər. İmmiqrasiya rəsmiləri və polis tədbirə gələrək onların vizasını yoxlayıb.

Tələbələrdən birinin atası AP agentliyinə deyib ki, onlar qısa müddətə saxlanıb, məhkəməyə çıxarılıb və hərəsi 110 dollar cərimə olunub.

Rəsmi məlumata görə, tələbələr Rusiyaya turist vizasıyla gəliblər, ancaq iştirak etdikləri tədbir «ictimai-siyasi fəaliyyət»lə bağlıdır.

Konfrans Rusiyada mənzillənən Gənc Liderlər Assosiasiyası tərəfindən təşkil olunub.

4 tələbə noyabrın 11-də Birləşmiş Ştatlara qayıdıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG