Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:27

“Gecəylə başladılar ağacları qırmağa. Küçəyə tökülüşüb səs-küy saldıq. Bir qarşısını alanadək xeyli ağac qırmışdılar”.

Bunu “Qaynar xətt”imizə Xətai rayonu, İnqilab İsmayılov küçəsinin sakini Gülab Hüseynova deyir. Onun sözlərinə görə, noyabrın 2-dən 3-nə keçən gecə yaşadığı ərazidəki ağaclara əməllicə “toy” tutulub.

"BİZ KÜÇƏYƏ ÇIXANADƏK 20 AĞAC KÖKÜNDƏN ÇIXARILMIŞDI"

Şikayətçi:

“Gördük ki, çoxillik ağacları ekskavatorlarla kökündən çıxarırlar. Həyətə düşüb etiraz etməyə başladıq. Polislər tökülüşüb gəldilər. əməlli-başlı qarşıdurma yarandı. Bir neçə sakini özləri ilə apardılar, ancaq sonradan azad etdilər”.

Sakinin sözlərinə görə, ağacların yerləşdiyi ərazi buradakı binaların sakinlərinin istirahət yeridir. İndi kimsə bu ərazidən öz kommersiya məqsədi üçün istifadə etmək istəyir:

“Özü də "işə" başlamamışdan əvvəl həyətin işıqlarını söndürmüşdülər. Qarşısı alınanadək 20 yaşlı ağac artıq kökündən çıxarılmışdı”.

Bundan əvvəlki vaxtlarda da ərazidəki təqribən o qədər ağac kökündən çıxarılıbmış.

Həmin vaxt sakinlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, hüquq-mühafizə orqanlarına şikayət edəndən sonra qarşısı alınıb. Ara sakitləşən kimi yenə işə başlayıblar ki, sakinlər səs-küy salıb:

Biz səs-küy salan kimi ekskavatoru da, kökündən çıxartdıqları ağacları da ortada atıb qaçdılar”.

ÇIXARILMIŞ AĞACLARIN YERİNƏ TİNGLƏR BASDIRILIB

Sakinlər ağac kəsiminin başında konkret kimin dayandığını bilmirlər.

“Bir bina sakini ağacı kəsənlərdən birini tutub polisə təhvil verdi. Polis isə ağac kəsəni buraxıb həmin gəncin özünü polis bölməsinə apardı. Bu gün eşitdik ki, oğlanı bölmədə döyüblər, üztünə şər atmaq istəyiblər ki, guya polislərə əl qaldırıb”.

Xətai rayon icra hakimiyyətindən “Qaynar xətt”ə bildiriblər ki, gecə saatlarında başlanan ağac kəsimi ilə əlaqədar Bakı şəhər icra hakimiyyətinin baş memarı Akif Abdullayev əraziyə gələrək baxış keçirib. Ərazidəki tikinti ilə əlaqədar verilmiş sərəncam Hacıbala Abutalıbov tərəfindən ləğv edilib. Ağacların kəsildiyi məkanda isə artıq ərazidə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən abadlaşdırma işlərinin aparıldığı barədə lövhə vurulub. Kəsilmiş ağacların yerində yaşıllaşdırma idarəsinin əməkdaşları tərəfindən ağac tingləri basdırılıb.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG