Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:10

Samir Şərifov: «Manatın möhkəmlənməsinin qarşısını almaq üçün bütün tədbirlər görülür»


Manatın möhkəmlənməsinin qarşısını almaq üçün Azərbaycan hökuməti və Milli Bank lazım olan bütün tədbirləri görür. Maliyyə naziri Samir Şərifov jurnalistlərlə görüşündə belə deyib. Bu ilin 8 ayı ərzində Milli Bank bu məqsədlə valyuta bazarına 418 milyon dollarlıq müdaxilə edib. Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, bu ilin 8 ayı ərzində Azərbaycan manatı 4,1 faiz bahalaşıb, ötən ilin eyni dövründə isə bu bahalanma 5 faiz həddindəydi.


XS
SM
MD
LG