Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:47

BMT-də keçirilən səsvermədə Rusiya Avropa Birliyinin (AB) Bosniyada sülhməramlı qüvvələrinin müddətinin uzadılmasına səs verməyib. Rusiyanın BMT-dəki səfiri Vitaly Churkin deyib ki, ölkə vətəndaşları AB istiqamətinə sürüklənməməlidir.

Lakin BMT Təhlükəsizlik Şurasının qalan üzvləri noyabrın 11-də AB-nin hərbi qüvvələrinin daha bir illiyə uzadılmasına səs veriblər.

Təhlilçilərin fikrincə, bu səsvermə Rusiya və Qərb arasında əsasən Ukraynaya görə gərginliyin artmasını göstərir.

Fransanın BMT-dəki missiyasının üzvü Philippe Bertoux tvitterdə (@phbertoux) yazıb ki, Rusiya heç vaxt AB-nin Bosniyadakı qüvvələrinə qarşı çıxmayıb.

“Rusiya dəxli olmayan məsələdə də səhv Ukrayna mühitini gətirir. Təhlükəli oyundur,” Bertoux yazıb.

EUFOR adlı sülhyaratma qüvvəsinin məqsədi 1992-1995-ci illər vətəndaş müharibəsindən sonra yaranmış gərginliyi azaltmaqdır. Həmin münaqişə Bosniyanın 3 etnik qrupu bosniyalılar, xorvatlar və serblər arasında yaşanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG