Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:01


Noyabrın 12-də İran İslam Respublikasının prezidenti Hassan Rohani-nin Azərbaycana səfəri başlanır. Səfər çərçivəsində ikitərəfli görüşlər keçiriləcək. Bir sıra sahələr üzrə on sənədin imzalanması gözlənilir.

İran prezidenti Milli Məclisin qonağı olacaq, deputatlar qarşısında çıxış edəcək.

Hassan Rohani-nin səfərinə görə Bakının bəzi küçə prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya verdiyi məlumata görəbu gün sabah saat 16.00-dan paytaxtın Yusif Səfərov, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Rəsul Rza küçələri, Neftçilər, Azadlıq prospektləri, "Azneft" dairəsi, Niyazi, Teymur Elçin, Mehdi Hüseyn küçələri, Parlament prospekti, Fəxri Xiyaban, İnşaatçılar və Hüseyn Cavid prospektləri, Bakıxanov küçəsi, Tbilisi prospekti, Vaqif və Koroğlu Rəhimov küçələri və digər istiqamətlər üzrə fasilələrlə avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulacaq və istiqamət dəyişdiriləcək.

İdarənin sürücülərə müraciətində bildirib ki, göstərilən istiqamətlərdə şəxsi avtomobillərindən az istifadə etsinlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG