Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:38

-

Məşhur Amerika yazıçısı, “Çovdarlıqda uçurumdan qoruyan” romanının müəllifi J.D. Salinger haqda bədii film çəkiləcək.

Baş rolu “Oscar” mükafatlı aktyor Chris Cooper oynayacaq.

O, 2002-ci ildə ekranlara çıxmış “Adaptasiya” filminə görə “Oscar”a layiq görülmüşdü (“İkinci planda ən yaxşı kişi roluna görə”)

Guşənişin həyat tərzi seçən və çoxsaylı fanatları ilə ünsiyyət yaratmayan yazıçı 2010-cu ildə 91 yaşında vəfat edib.

Əlbəttə, o, sağlığında həyatı haqda filmə razı olmazdı, amma ABŞ-da qanunlar insanın ölümündən sonra onun haqqında istənilən şəxsin film çəkməsinə icazə verir.

Chris Cooper

Chris Cooper

“Çovdarlığın içiylə” filmini Jim Sadwith çəkəcək.

O, 1993-cü ildə məşhur müğənni Frank Sinatra haqda bədii filmə görə “Emmy” mükafatı almışdı.

Amma “Çövdarlığın içiylə” filmi uşaqlıqdan qocalığa qədər dövrü əhatə edən klassik bioqrafiya formasına malik olmayacaq.

Jim Sadwith süjetə fərqli yanaşacaq.

Bu həm də rejissorun özü üçün avtobiorafik olacaq.

Cavanlığında o, hamıdan qaçan və kiçik bir şəhərdə sakit həyat sürən yazıçının axtarışına çıxmışdı…

Bir müddət əvvəl isə Salinger haqda sənədli film ekranlara çıxmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG