Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:28

Keçmiş prezidentin qardaşının əmlakı müsadirə olunur


Shir Khan Farnoud məhkəmədə

Shir Khan Farnoud məhkəmədə

Əfqanıstanda appelyasiya məhkəməsi 2010-cu ildə 1 milyard dollar ziyana görə iflas olan Kabil bankının iki rəhbərinin həbs müddətini uzatdı. Bankın sədri Shir Khan Farnood və baş icra rəhbəri Khalil Ferozi 15 il həbs cəzası alıblar. Bundan əvvəl onlara 5 il həbs verilmişdi.

Bu cəzanın yüngüllüyü tənqid olunurdu, yeni ölkə prezident Ghani cinayət işinə yenidən baxılmasına əmr verdi.

Noyabrın 11-də məhkəmə Farnoodu 237 milyon dollar, Ferozini 137 milyon dollar cərimə də etdi.

Məhkəmənin qərarı ilə bankın iki ən nüfuzlu səhmdarı- keçmiş prezident Hamid Karzainin qardaşı Mahmood Karzai və keçmiş vitse-prezident Qasim Fahimin qardaşı Hasin Fahimin əmlakı dövlətin xeyrinə müsadirə olunmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG