Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:33

İslam Dövləti təşkilatı öz pulunu- qızıl dinarlar və gümüş dirhəmlər buraxacaq


İslam Dövləti təşkilatı öz puluna keçmək qərarını verib. Bu pul dinar olacaq. İD vaxtilə ərəb xilafəti dövründə olduğu kimi pulları qızıldan və gümüşdən kəsəcək.

Britaniyanın Daily Mail qəzeti noyabrın 11-dəyazır ki, yeni dinarlar yaxın həftələrdə İD-nin Suriyada və İraqda nəzarət etdiyi ərazilərdə dövriyyəyə buraxılacaq.

İD nümunə kimi 630-cu ildə xəlifə Osmanın dövründə buraxılan pulları götürüb. O vaxt dinar qızıl pul idi və 4,3 qram idi. 3 qr olan gümüş pul isə dirhəm idi.

İD-nin pul buraxma planları neft satışından gəlirə əsaslanır. İD gündə neft satışından 2 milyon dollar qazanır. İD neftin barrelini 25-30 dollara satır.

İD gündə 30 min barrel neft satır. İD-nin neft satdığı əsas ərazi İraqla Suriya arasında yerləşən regiondur.

XS
SM
MD
LG