Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:58

İlham Əliyev Macarıstanın baş naziri Viktor Orbanla görüşüb


İlham Əliyev və Viktor Orban
İlham Əliyev və Viktor Orban

Noyabrın 11-də Budapeştdə Azərbaycan prezidenti İlham Əliyev və Macarıstanın baş naziri Viktor Orbanın iştirakı ilə geniş tərkibdə görüş olub.

Viktor Orban İlham Əliyevin dostluq münasibətləri və ikitərəfli əməkdaşlığın inkişafında rolunu və əlaqələrin daha da genişlənməsi üçün yaxşı imkanlar olduğunu qeyd edib.

Öz növbəsində İlham Əliyev iki ölkə arasında ticarət dövriyyəsinin artdığını və iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük perspektivlər olduğunu bildirib.

Görüşdə enerji, təhsil, humanitar, əczaçılıq, investisiya qoyuluşu və digər sahələrdə əməkdaşlığın vacibliyi qeyd olunub.

Həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Avropa Birliyi çərçivəsində əməkdaşlıq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

XS
SM
MD
LG