Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:44


Noyabrın 1-də “Azadlıq” qəzetinin jurnalisti Seymur Həzinin işi ilə bağlı Abşeron rayon Məhkəməsində hazırlıq iclası keçirilib.

Jurnalistin vəkili Adil İsmayılov Seymur Həzinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verib. Amma hakim vəsatəti qəbul etməyib.

Adil İsmayılov hakim Şövkət Nəcəfovanın işə baxmasına etiraz edib. O, bildirib ki, bu hakimin qərarı ilə jurnalistlə mübahisəsi olan Məhərrəm Həsənov ev dustaqlığına buraxılıb. Vəkil Şövkət Nəcəfovanın işə obyektiv baxmayacağını düşünür.

Adil İsmayılovun hakimdən şikayəti məhkəmə sədrinə təqdim olunacaq.

Azadlıq qəzeti yazır ki, jurnalistin atası Məşgül Həziyev məhkəmənin işə ədalətsiz qərarlarla başladığını deyib:

“Bu siyasi qərardır. Hamı bilir ki, Seymur dava üstündə tutulmayıb, jurnalist fəaliyyətinə görə həbs edilib”.

“Mən onu yaxşı tanıyıram, o da məni”

AXCP-nin mətbuat katibi Natiq Ədilov öz Facebook statusunda Seymur Həzinin məhkəmədə dediklərindən bir parçanı yerləşdirib:

“Mənim həbsim siyasi sifarişdir. Bunu istintaqın matereallarında da açıq görə bilərsiniz. Məhkəmənin haqqımda ədalətli qərar çıxaracağına inanmıram. Amma inanmağa çalışacam. Mən bu cavan oğlanı tanımıram. O da məni tanımır”.

Natiq Ədilov yazır ki, Seymur Həzi “probleminin İlham Əliyevlə olduğunu” deyib:

"Mən onu yaxşı tanıyıram, o da məni. Siz də bu yazığa qarğış eləməyin. Hamınız hər yerdə təkcə İlhamdan danışın...

Mənim həbsimdə İlhamın, generalların əli var. Hamısının adını çəkəcəyəm məhkəmənin gedişatında. Hamısını tanıyıram. Başıma torba keçirənlərə kimi hamısını. Adlarını, soyadlarını, atalarının adına kimi deyəcəyəm!”

Günün bütün mövzuları

XS
SM
MD
LG