Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:20

Rusiya İranda iki nüvə reaktoru tikəcək. Moskvada noyabrın 11-də İranla Rusiya arasında imzalanmış sənədlər İranda daha 8 reaktorun tikilməsini nəzərdə tutur.

İki ölkənin nüvə agentliklərinin imzaladığı sazişdə İranda Buşehr nüvə stansiyasında iki reaktorun qurulması və bunların sayının, imkan olsa, 4-ə çatdırılması qeyd olunur.

Rusiya İranda Buşehrdə ilk nüvə reaktorunu 2011-ci ildə qurub.

Noyabrın 11-də Moskvada imzalanan başqa protokolda Rusiyanın və İranın Bushehrdə 4, digər yerlərdə də 4 reaktor qurmaq istəyi vurğulanır.

Qərb ölkələri İranda sentrifuqaların sayının çoxluğunu əsas gətirərək İranın nüvə silahı düzəldə bilməsindfən narahatdırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG