Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:12

Ombudsman əfvlə bağlı prezidentə müraciət edib


Ombudsman budəfəki əfvin daha çox məhbusa şamil olunacağını gözləyir

Ombudsman budəfəki əfvin daha çox məhbusa şamil olunacağını gözləyir

İnsan Hüquqları üzrə müvəkkil Elmira Süleymanova həbsdə olan 14 qadının əfv olunmasıyla bağlı Prezident yanında Əfv Komissiyasına müraciət edib. Elmira Süleymanova «Azadlıq» radiosuna bildirib ki, ahıl və uşaqların əfv olunmasıyla bağlı da müraciət edib və budəfəki əfvin daha çox məhbusa şamil olunacağını gözləyir. Onun dediyinə görə, bu vaxta qədər ombudsmanın müraciəti əsasında ümumilikdə 156 məhbus azadlığa çıxıb.


Yarandığı 5 il ərzində Ombudsman Aparatına olunan vətəndaş şikayətlərinin sayı 25 mindən artıq olub. Bu ilki şikayətlərin sayı isə 6000-ə yaxındır. Xanım Süleymanova bildirir ki, şikayətlər daha çox sosial problemlərlə bağlıdır. Məhkəmələrdən olan şikayətlərin sayı isə ümumi şikayətlərin üçdə-birini təşkil edir. Şikayətlər məhkəmələrdəki süründürməçilik, məhkəmə qərarlarının icrasıyla bağlı olur. Elmira Süleymanova ünvanlı sosial yardımların verilməsiylə bağlı da şikayətlərin də çox olduğunu deyib. «Yardım verilməsiylə bağlı tətbiq olunan qaydalar bir qədər də sadələşdirilə bilər, bunun üçün artıq hökumətə müraciət də etmişik».


Sərbəst toplaşmaq hüququyla bağlı Ombudsmanın Bakı şəhər icra hakimiyyətinə müraciətin cavabında bildirilib ki, bu sahədə heç bir məhdudlaşdırmaya yol verilmir, sadəcə keçirilən aksiyalar icazəli olmalıdır. Elmira Süleymanova həbsdə olan keçmiş nazirlərlə mütəmadi görüşdüyünü, onların saxlanma şəraiti ilə bağlı şikayətlərinin olmadığını bildirdiklərini dedi.


Günün bütün mövzuları

XS
SM
MD
LG