Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:51

Dünyanın tanınmış teatr mütəxəssisləri bir araya gəldi


 III Bakı Beynəlxalq Teatr Konfransı.Bakı 2014

III Bakı Beynəlxalq Teatr Konfransı.Bakı 2014

-

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında ötən həftə yekunlaşmış III Bakı Beynəlxalq Teatr Konfransı çərçivəsində bir sıra xarici teatrların rəhbərləri ilə görüş keçirilib.

Görüş Uşaq və Gənclər Teatrları Beynəlxalq ASSİTEJ-in prezidenti İvetta Hardi, Sankt Peterburq Gənc Tamaşaçılar Teatrının incəsənət proqramları üzrə sədri, Rusiya Federasiyasının Xalq artisti Adolf Şapiro, Permdə fəaliyyət göstərən “У моста” teatrının direktoru və bədii rəhbəri, Martin Makdonax Festivalının prezidenti, Rusiya Federasiyasının Əməkdar İncəsənət Xadimi Sergey Fedotov, Sankt Peterburq “KukART” Beynəlxalq teatr festivalının prezidenti, “İnterstudiya”nın direktoru David Burman, Belarus Respublikasının Kamera Dram Teatrının bədii rəhbəri və direktoru Nataliya Başevanın iştirakı ilə baş tutub.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin prezidenti Mübariz Həmidovun sədrliyi ilə keçirilən toplantıda qarşılıqlı əməkdaşlıq məsələləri, gələcəkdə gerçəkləşdirilməsi nəzərdə tutulan bir sıra məsələlər müzakirə olunaraq qərarlar qəbul edilib.

Görüşdən sonra qonaqlar teatrın kiçik səhnəsində P.Filipponun “Don Raffael Tranbomçu” tamaşasını izləyiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG