Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:51

-

"Bu il fevralın 2-də 35 min manat ilkin ödəniş edib "AAAF Park" yaşayış kompleksinin VİP məhəlləsində yerləşən 9-cu binadan mənzil almışam. Şirkətin kampaniyasına əsasən, qalan məbləğ ayda 278 AZN ödəmək şərti ilə 3il ərzində ödənilməli idi".

AzadlıqRadiosunun "Qaynar xətt"inə zəng vuran Elmin Şirinovun şikayəti "AAAF Park" İnşaat Şirkətindəndir. Deyir, 6 aydır ki, onu aldadır:

"ŞİRKƏT VƏDİNƏ XİLAF ÇIXIB"

"İndiyə qədər aylıq ödənişi vaxtında etmişəm. Mənə bildirdilər ki, bina bu ilin may ayında, ən geci isə, iyun ayında təhvil veriləcək. Artıq 6 aydır ki, məni aldadırlar. Hazırda yoldaşım və iki azyaşlı övladımla kirayədə qalıram. Evin təmiri üçün saxladığm pulu da şirkətin məni aldatması səbəbindən kirayələrə xərcləmişəm. Aldığım maaşla isə ailəmi dolandırmağa çalışmışam".

Şikayətçinin sözlərinə görə, hər dəfə şirkətə müraciət edəndə ona bildirilib ki, yaxın günlərdə problem həll olunacaq:

"PULUM ŞİRKƏTİN CİBİNDƏ, ÖZÜM KİRAYƏLƏRDƏ..."

"Deyirlər ki, Fövqəladə Hallar Nazirliyi binanın işini dayandırıb, bizlik heç bir şey yoxdur. Mənim müqaviləm "AAAF Park"-ladır, FHN-lə yox. Problemini FHN ilə özü həll etsin. Mənə mənzilim lazımdır, kirayələrdə qalıram. Bilmirəm "AAF Park"a kredit ödəyim, yoxsa qaldığım evin kirayəsini... Hələ ailəmin başqa xərclərini demirəm..."

Məsələyə aydınlıq gətirilməsi üçün "AAAF Park"-la əlaqə saxlasaq da heç kəslə danışa bilmədik.

Hüquqşünas Namizəd Səfərov bildirir ki, belə vəziyyətdə şikayətçi məhkəməyə müraciət edə bilər.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG