Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:39

Noyabrın 10-da Nigeriyanın şimalında oğlan məktəbində bomba partladılıb, azı 47 şagird ölüb. İntiharçı məktəb forması geyinib və səhər toplantısına gəlmiş yüzlərlə şagird arasında çantaya qoyulmuş partlayıcıları partladıb.

Şahidlər bir neçə meyitin “qan gölməçələri” içində qaldığını deyir. Onlarla şagird yaralanıb.

Hücuma görə məsuliyyətin sünni yaraqlı qrup olan Boko Haram üzərinə qoyulacağı güman edilir. Ötən həftə şiə məktəbində 30 nəfərin ölümünə səbəb olmuş partlayışı da bu qrupun törətdiyi təxmin olunur. Apreldə isə Boko Haram 200-dən çox məktəbli qızı oğurlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG