Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:11

Kreml Obama və Putinin Pekində söhbətləşdiyini deyir


ABŞ və Rusiya prezidentləri Pekində danışıqları davam etdirir

ABŞ və Rusiya prezidentləri Pekində danışıqları davam etdirir


Kremlin sözçüsü deyir ki, ABŞ və Rusiya prezidentləri Pekində Asiya-Sakit Okean iqtisadi Əməkdaşlıq (APEC) sammiti çərçivəsində “ünsiyyəti davam etdirir”.

Dmitry Peskov noyabrın 11-də deyib ki, Barack Obama və Vladimir Putin qısa da olsa yenidən danışıblar. ABŞ rəsmisi isə noyabrın 10-da iki liderin “ötəri görüşdüyünü” deyib.

İnterfaks xəbər agentliyi görüşün beş dəqiqə çəkdiyini bildirir.

Liderlərin hansı məsələni müzakirə etdiyi aydın deyil, ancaq rəsmilər onların detallara varmadığını deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG