Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:31

Çin prezidenti Asiya-Sakit Okean iqtisadi inteqrasiyasını artırmağa çağırır


Xi Jinping

Xi Jinping


Çin prezidenti Xi Jinping Asiya-Sakit Okean liderlərini biznes əlaqələrinin inkişafı üçün regionda iqtisadi inteqrasiyanı gücləndirməyə çağırıb. Xi noyabrın 11-də Pekində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq sammitinin ikinci və sonuncu günü danışıb.

“Məqsədi, istiqaməti və yol xəritəsini aydınlaşdırın. İlkin olaraq imkan verin planlar reallığa çevrilsin və Sakit Okeanın hər iki tərəfini açın və inteqrasiya edin,” Xi Barack Obama, Vladimir Putin daxil olmaqla digər liderlərə üz tutub.

Sammitin ilk günündə Pekin Cənubi Koreya ilə azad-ticarət sazişi elan edib. Çin bu sammitdə özünün regional azad-ticarət paktını təbliğ edir, ABŞ isə digər təşəbbüslərlə bağlı irəliləyişə nail olmaq istəyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG