Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:45

Apelyasiya Məhkəməsi «24 saat» qəzetinin şikayətini təmin etmədi


Oktyabrın 9-da Apelyasiya Məhkəməsi «24 saat» qəzetinin baş redaktoru Fikrət Fərəməzoğlunun bir il şərti azadlıqdan məhrumetmə ilə bağlı cəzasını qüvvədə saxladı.


Nəsimi Rayon Məhkəməsi avqustun 25-də Daxili İşlər naziri Ramil Usubovun iddiası ilə baş redaktorun cəzalandırılması barədə qərar çıxarmışdı. Cənab Fərəməzoğlu isə Apelyasiya Məhkəməsindən Nəsimi Rayon Məhkəməsinin qərarını ləğv etməsini istəyirdi.


«24 saat» qəzetinə qarşı həmçinin Nəsimi Rayon Məhkəməsində millət vəkili Cavid Qurbanovun da şərəf və ləyaqətin təhqir olunması iddiası ilə məhkəmə davam edir. Bu prosesdə məhkəmə baxışı yekunlaşıb və bir neçə gündən sonra qərar elan olunacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG