Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:14

Haruki Murakami. Ciddi romançı olmaq üçün 3 əsas qayda


Haruki Murakami
Haruki Murakami

-

Tanınmış yapon yazıçısı Haruki Murakamidən ciddi yazıçı olmaq üçün 3 əsas qayda:

İSTEDAD

Murakami istedada öyrənilməsi və öyrədilməsi mümkün olmayan bir özəllik kimi baxır. Yəni bu, yazıçı olmaq üçün ilkin şərtdir.

Əgər istedadın yoxdursa, nə qədər zəhmətkeş olmağından, yazıya nə qədər enerji sərf etməyindən asılı olmayaraq, səndən yazıçı olmayacaq.

Murakami bunu ona görə deyir ki, yazıçı olmaq nədənsə həddən artıq insana cəlbedici gəlir, həddən artıq insan yazıçı olmağa cəhd edir. Halbuki musiqiçi, yaxud rəssam olmaq istəyənlər daha azdır. Yəni insanlar bilirlər ki, bunun üçün istedadın olması ən mühüm cəhətdir…

FOKUS

Murakamiyə marafon həvəskarı demək mümkün deyil.

Həvəskar odur ki, kefinə düşəndə qaçır, yarıyolda təngnəfəs olub dayanır. Murakami isə 27 marafon başa vurub, o cümlədən Hokkaydodakı 62 millik nəhəng marafonu.

Bu nəticəni göstərmək üçün fokus lazımdır. Yəni bütün diqqətini nəyinsə üzərində cəmləmək. Murakami fokusu romançılıqda da mühüm cəhət sayır. Roman yazırsansa, yazıçı kimi bütün gücünü onu yazıb bitirmək üçün səfərbər etməlisən.

Məsələn, Murakami hər səhər yazıya 3-4 saat sərf edir: “Masa arxasına keçib yazmağa başlayır, başqa heç nə haqda düşünmürəm. Başqa heç nə görmürəm”.

DÖZÜM

Özün üçün müəyyənləşdir ki, sən marafonçusan, yoxsa sprinter? Əgər diqqətini cəmləyib günə 3-4 saat yaza bilirsənsə, amma 2 həftədən sonra yorulursansa, deməli hekayəçi ola bilərsən.

Romançı olmaq üçünsə günə 3-4 saat yazmaq qrafikinə 6 ay, yaxud 1 il davamlı şəkildə sadiq qala bilməyin lazımdır. Yəni fokus və dözüm bir-biri ilə bağlı xüsusiyyətlərdir.

Murakami deyir ki, romançı olmaq, irihəcmli əsərlər yazmaq üçün məşq tələb olunur. Necə ki marafonçu olmaq üçün daim məşq etmək, bədəni gündən-günə daha uzaq məsafəyə qaçmağa öyrəşdirmək lazımdır, romançı da özü üçün dəmir nizam-intizam yaratmalıdır.

OpenCulture-yə istinadla OxuZalı

XS
SM
MD
LG