Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:41

Obama Çin tələbələrinə, iş adamlarına, turistlərə ABŞ-a viza müddətini kəskin artırır


ABŞ prezidenti Obama Çin tələbələri, iş adamları və turistləri üçün ABŞ-a viza müddətlərinin kəskin artırılmasını elan edib.

Pekində noyabrın 10-da Asiya sammiti çərçivəsində Obama elan edib ki, tələbə vizasının müddəti 5 ilədək artırılır. İndiki müddət 1 il idi.

Obama bildirib ki,biznes və turist vizaları 10 ilədək qüvvədə ola bilər, hazırda isə bunun müddəti 1 ildir.

Yeni qaydalar noybarın 12-dən qüvvəyə minir.

Qərb agentliklərinin məlumatına görə, ABŞ rəsmiləri hesab edirlər ki, Çinlilərə viza müddətlərinin artırılması ABŞ-a gələn çinli turistlərin sayını artıracaq, bu da ABŞ iqtisadiyyatına milyardlarla əlavə pul gətirəcək.

XS
SM
MD
LG