Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:10

Kataloniyada rəmzi referendumda 80 faiz müstəqilliyə səs verdi


İspaniyanın Kataloniya regionunda simvolik referendumda 1,6 milyan adam Kataloniyanın İspaniyadan çıxmasına səs verib.

İspaniyanın ən varlı regionu olan Kataloniyada noyabrın 9-da keçirilmiş rəmzi referendumda 2 milyon adam iştirak edib, onların 80 faizi müstəqilliyə tərəfdar olub.

Kataloniyada səs vermə hüququ olanların sayı 5,4 milyondur. Ancaq seçkidə iştirakın zəif olmasına baxmayaraq Kataloniyanın regional lideri Artur Mas rəmzi referendumun nəticəsini qələbə hesab edir.

Madrid Kataloniyada referendumun keçirilməsinin əleyhinədir. Baş nazir Rajoy referendumu qanunsuz hesab edir, İspaniyanın Ali Məhkəməsi də Kataloniyada referendumu qanunsuz hesab edəndən sonra Kataloniya liderləri simvolik referendum keçirmək qərarına gəldi. Bu, onların fikrincə, bir növ rəy sorğusu rolunu oynayır və indi onun nəticələri Kataloniyanın iradəsini nümayiş etdirdi.

XS
SM
MD
LG