Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:06

Mərkəzi Bank rublu sərbəst buraxır


Rusiyanın Mərkəzi Bankı rublu “sırbəst üzməyə” buraxdı.

MB indiyədək olan tənzimləmə müxanizmini ləğv edir. Bu,MB-ın noyabrın 10-da öz saytına qoyduğu məlumatda bildirilir.

Noyabrın 10-dan MB valyuta zənbilinə qoyduğu dəhlizi və mütəmadi valyuta müdaxiləsini ləğv edir.

Bununla MB rublun məzənnəsinə öz təsirini minumuma endirir və bildirir ki, rublun məzənnəsi daha çox bazar amilləri ilə müəyyənləşəcək.

Ancaq Bank valyuta müdaxiləsindən imtina etmədiyini də vurğulayır. Əgər maliyyə sabitliyinə təhlükə olsa, onda Bank müdaxilə edə bilər.

Son vaxtlar rublun düşməsinin qarşısını almaq üçün MB öz ehtiyatından artıq 30 milyard dollar xərcləyib.

Bundan əvvəl MB-nin “üzın məzənnəyə” gələn ildən keçəcəyi planlaşdırılırdı.

MB-nin bu bəyanatına bazarlar neytral reaksiya verib.

Hazırda Moskvada 1 dollar 45 rubl, 1 avro 56,3 rubldur.

Asiya-Sakit Okean sammitində olan Rusiya prezidenti Putin də rubldan danışıb. O deyib ki, rublun ədalətli məzənnəsi 1 dollara 40-45 rubl arasındadır.

Günün bütün mövzuları

XS
SM
MD
LG