Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:58

Albaniya və Serbiya baş nazirlərti mətbuat konfransında söz davasına çıxıblar


Edi Rama və Aleksandar Vucic
Edi Rama və Aleksandar Vucic

Albaniya və Serbiya baş nazirləri noyabrın 10-da Belqradda mətbuat konfransında söz davasına çıxıblar. Serbiyaya tarixi səfərə gəlmiş Albaniya baş naziri Edi Rama Serbiyanı Kosovonun müstəqilliyini tanımağa çağırıb. O deyib ki, “Sebiya bunu nə qədər tez etsə, bir o qədər tez qabağa gedə bilərik”.

Serbiyanın baş naziri Aleksandr Vucic Albaniya baş nazirinin bu sözlərini təxribat adlandırıb. O əlavə edib ki, Serbiya Kosovonun müstəqilliyini heç vaxt tanımayacq.

Edi Rama son 68 ildə ilk Albaniya baş naziridir ki, Sebiyaya səfər edir.

XS
SM
MD
LG