Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:35

Rusiya ilə Qərb arasında "çox yaxın" hərbi qarşıdurmaların sayı kəskin artıb


Yeni hesabata görə, Ukrayna hadisələrinə görə, Rusiya ilə Qərb arasında çox yaxın hərbi qarşıdurmaların sayı artır.Avropa Liderliyi Şəbəkəsinin hesabatına görə, son 8 ayda 40 belə az qala ölümcül insident olub. Martın 3-də Kopenhagendən Romaya uçan və içində 132 sərnişin olan təyyarə Rusiyanın casus təyyarəsi ilə az qala toqquşurdu.

Hesabatda deyilir ki, hava hüdudlarının pozulması və digər təhlükəli hərəkətlər Baltik Dənizindən Qara Dənizə, ABŞ və Kanada sərhədlərinəcən çox geniş geosiyasi ərazini əhatə edir.

Hesabat müəllifləri Rusiyanı öz hərbi fəaliyyətinin nəticələrini yenidən hesablamağa çağırırlar.

Bu ilin əvvəlindən oktyabrın sonuna qədər olan müddətdə NATO Rusiya təyyarələrinin 100 dəfə sərhəddi pozmasını qeydə alıb, bu da keçən ildəkindən 3 dəfə çoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG