Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:18

-

İslam Dövləti yaraqlılarının lideri al-Bagdadinin yaralanmağı xəbərləri İraqın Anbar regionunda geniş yayılıb.

Dünyanın 5 ən güclü ordusu. 62 minlik Almaniya ordusu güclüdür yoxsa 1 milyon 100 minlik Hindistan ordusu?

Əvvəllər böyük ideologiyalar toqquşurdu, indi heç böyük ideya da yoxdur.

Çin və ABŞ birinə böyük güzəştə getməyəcək.

Dünya mediasıə bu gün nədən yazır?

Washington Post qəzeti yazır ki, İslam Dövləti təşkilatının lideri Abu Bakr al-Bagdadinin taleyi hələ məlum deyil.

Bazar günü məlumat yayıldı ki, al-Bagdadi ABŞ-ın hava zərbələri vaxtı yaralanıb. İraqın müdafiə nazirliyi rəsmisi deyib ki, kəşfiyyat məlumatlarına əsaslanan ordu “çox əmindir ki”, al-Bagdadi yaralanıb. Onun sözlərinə görə, Al-Bagdadi cümə günü İraqda Mosul ətrafında İslam dövləti yaraqlılarının silahlı konvoyuna hava zərbələri zamanı yaralanıb. Ancaq qəzet qeyd edir ki,bu hərbi rəsmi İraqın müdafiə nazirliyi adından danışmaq səlahiyyəti olmayan rəsmidir.

Bu xəbərdən sonra Associated Press agentliyi məlumat yaydı ki, İslam Dövləti təşkilatının lideri İraqın Anbar vilayətində şənbə günü hava zərbələri vaxtı yaralanıb.

Washington Post yazır ki, bu xəbərləri müstəqil mənbələrdən yoxlamaq mümkün olmayıb. ABŞ Ordusunun Mərkəzi komandanlığının sözçüsü Patrik Ryder bazar günü bildirib ki, mediada yayılan məlumatları təsdiqləyən informasiya Pentaqonda yoxdur.

Pentaqon Mosul ətrafınacümə günü hava zərbələrini təsdqilıəyir. Ancaq İslam dövləti yaraqlılarının konvoyunda al-Bagdadinin olmasını təsdiqləyə bilmir. Anbar vilayətində yerli rəsmilər və qəbilə başçıları öz müsahibələrində bildirirlər ki,Qaim şəhəri ətrafındakı binada al-Bagadadinin yaxın köməkçilərinin də iştirak etdiyi toplantı keçirilirdi və hava zərbələri vaxtı onların bəziləri həlak olub. Rəsmilər və qəbilə başçıları deyir ki, bəzi şayiələrə görə, ölənlər arasında al-Bagdadi də var idi.

Qaim şəhərində yerli xəstəxananın işçisi deyib ki, hava zərbəsi vaxtı Abu Muhanad al-Sveidai ölüb. O, İD hərbi Şurasının üzvü idi.

İD üzrə iraqlı hərbi ekspert Hisham al-Hasdhemi isə deyib ki,onun aldığı məlumatlara görə, İD rəhbərliyi itki verib. Ancaq ad çəkilmir. Qəzet Qaim sakinlərinə istinadla onu da yazır ki,yerli sakinlər al-Bagdadinin başından yaralandığı xəbərini eşidiblər.

5 ƏN GÜCLÜ ORDU

Dünyanın 5 ən güclü ordusu. National İnterest məcmuəsinin başlığı ordularla bağlı olsa da, əslində quru qoşunlarını müqayisə edir. National interest yazır ki, orduların gücü əsgərlərin sayı ilə ölçülmür.

Şimali Koreyanın quru qoşunlarında 950 min hərbçi var. Ancaq Şimali Koreya bu ordusunun gücünü yarımadadan qırağa çıxarda bilmir. Myanmar, İran və Vyetnam orduları sayca Almaniya ordusundan çoxdur.

Texnologiya çox vacibdir, ancaq o da həlledici deyil.

62 minlik Almaniya Ordusu 1 milyon 100 min hərbçisi olan Hindistan ordusuna qalib gələ bilərmi?

National interest yazır ki,orduları müqayisə etmək çox çətindir. Ancaq dünyada bir ordu var ki,onun hamıdan güclü olmağı sual doğurmur. Bu, ABŞ ordusudur. Bu ordunun quru qoşunlarında 525 min hərbçisi var. Onların əksəriyyəti təcrübəli veteranlardır. Ordunun texniki təchizatı ən müasir səviyyədədir. Bu yeganə ordududur ki,gücünü dünyanın istənilən nöqtəsinə yönəldə bilər.

Xüsusi əməliyyatlar komandanlığında 28 min 500 nəfər var.

Çin ordusu Asiyada ən böyük ordudur. Çinin quru qoşunlarında 1,6 milyon hərbçi var.Çin ordusu gücünü bütün dünyaya yönəltmək iqtidadırnda deyil, hərçənd bu imkanı getdikcə artır.

Çin ordusu ölkənin ətrafındakı ərazilərə isə, öz gücünü, necə deyərlər, proyeksiya edə bilər.

Asiyada ikinci ən böyük ordu Hindistandadır.Hindistanın 1,1 milyonluq ordusunun belə çoxsaylı olmağının səbəbi ölkənin sərhədlərinin çox uzun olması və ölkənin Çin və Pakistan kimi iki rəqibi arasında yerləşməsi ilə bağlıdır.

National İnterest daha sonra Rusiyaya keçir. Rusiyanın quru qoşunlarında 285 miin hərbçi var. Bu, ABŞ ordusundan sayca iki dəfə azdır. Rusiyanın quru qoşunları müasir texnika ilə yaxşı təchiz olunub.

National interest Rusiya ordusunu Çin ordusu ilə müqayisə etmir. Ancaq növbəti ordu haqda yazır ki, Britaniya ordusunun quru qoşunları,şübhəsiz, Avropada ən güclü quru qoşunlarıdır. Britaniya ordusu ən miqyaslı əməliyyatlara qadirdir. Britaniya ordusu sayca da nisbətən azdır, burda cəmi 102 min hərbçi var.

ƏVVƏLLƏR İDEOLOGİYALAR TOQQUŞURDU, İNDİ HEÇ BÖYÜK İDEYA DA YOXDUR

Guardian qəzetində Zoe Williams yazır ki, Rusiya ilə Qərb qarşıdurmaya çıxır, bəziləri Soyuq Müharibənin qayıtdığını deyirlər, ancaq Soyuq Müharibə dövrü böyük ideologiyaların mübarizəsi dövrü idi, indi isə böyük ideyalar yoxdur.

Soyuq müharibə dövrü dünya baxışlarının toquşması dövrü idi: Marks Hayekə qarşı, sollar sağlara qarşı, dövlət fərdə qarşı. Sivilizasiyaya iki baxış toqquşurdu. Bu mübarizədə kapitalistlər qalib gəldi. Ancaq müəllif işarə edir ki, qalib gələnlərin özləri də dəyişməlidir. O yazır ki, bu, udan kapitalizm “çox uzun yaşayan” kapitalizm deyil, “çox uzun ölən” kapitalizmdir.

ÇİN LİDERİ BÖYÜK HƏDİYYƏ ETMƏYƏCƏK

New York Times qəzeti yazır ki, Çin superdövlətlər arasında yeni növ münasibətlər təklif edir. Bəzilərinin fikrincə, bu, Asiya regionunda Çinin milli maraqları dairəsinin müəyyənləşməsi və ABŞ-ın bu regiona nüfuzunun zəifləməsi deməkdir. Buna görə də ABŞ-ın bu yeni münasibətlərə gedəcəyi ağlabatan deyil. Ancaq Çin də güzəştə getməyəcək.

Pekindəki Renmin universiutetinin professoru Shi Yinhong deyir: “Çin lideri Xi Jinping Obamaya heç bir böyük hədiyyə etməyəcək. Çünki bilir ki,Obama əvəzində ona heç nə verməyəcək”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG