Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:28

-

“Bircə orta güclü küləyə bənddir ki, bu ağac düşə təpəmizə…”

Qaraçuxur qəsəbəsi, K.İsmayılov küçəsi 1/5 ünvanında yaşayan Firdovsi Vəliyevin və ailə üzvlərinin AzadlıqRadiosunun “Qaynar xətt”inə bildirdikləri narahatlıqları evin qarşısında gövdəsi zədəli ağacdandır. Vaxtilə ətrafını kölgələndirən, indi isə yaşı ötmüş, hündür, gövdəsi hər an yerindən çıxa biləcək ağac burada yaşayanların həyatına əsl təhlükə yaradıb.

"EVİN ÜSTÜNƏ AŞACAQ"

Şikayətçi:

“Uşaqları həyətə buraxa bilmirik. Ağac aşmaq üzrədir. Neçə dəfə güclü külək olub, ağacın qalın budaqları evin şiferlərini sınıq-sınıq, divarları yarıq-yarıq edib. Kəsilməsi üçün bütün aidiyyəti yerlərə xəbər vermişəm, gəlib kəsmirlər”.

“Qonşular ərazidən keçmirlər ki, ağac üstlərinə aşar. Hər külək başlayanda qorxuya düşürük ki, ağac evin üstünə aşacaq”.

Ötən il bu vaxtlar Firdovsi Vəliyev Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib. Cavab alıb ki, məsələ ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma İdarəsinə müraciət etməlidir.Bundan sonra Yaşıllaşdırma İdarəsinin mütəxəssisləri gələrək ağaca baxış keçiriblər. Vəziyyətin həqiqətən də ürəkaçan olmadığını müəyyən ediblər və kəsiləcəyini bildirərək çıxıb gediblər. 1 ilə yaxın vaxt ötməsinə baxmayaraq ağac hələ də yerində dayanaraq ətrafdakılara necə deyərlər, meydan oxuyur.

HƏR AY MƏKTUB YAZIRLAR...

Vəliyevlər ailəsi bir ağacın kəsilməsi üçün döymədikləri qapı qalmayıb. Hətta Heydər Əliyev Fonduna qədər yazıblar. Fonddan da bu iş Suraxanı Rayon İcra Hakimiyyətinə həvalə olunub. İcra Hakimiyyəti isə Bakı Yaşıllaşdırma İdarəsinə məktub yollayıb ki, gəlib məsələni yerində araşdırıb ağaca əncam çəksinlər.

Fövqəladə Hallar Nazirliyinin 112 xidmətinə etdikləri zəngə isə belə cavab alıblar ki, onlar məsələyə yalnız qəza baş verərsə müdaxilə edə bilərlər.

Bakı Yaşıllaşdırma İdarəsindən “Qaynar xətt”ə bildiriblər ki, Vəliyevlər indiyə qədər müraciət etdikləri ünvanları düz seçməyiblər. Belə ki, ağac kəsimi ilə Bitkilərin Mühafizə İdarəsi məşğul olur. Bəs görəsən indiyə qədər Yaşıllaşdırma İdarəsi Vəliyevlər ailəsini niyə həmin idarəyə istiqamətləndirməyib? Bax, bu sual havada qalıb.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG