Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:59

Avropa Şurasının Venesiya Komissiyasının (AŞ VK) nümayəndə heyəti noyabrın 13-14-də Azərbaycana səfər edəcək. Bu barədə AzadlıqRadiosuna VK-nin mətbuat xidmətindən məlumat verilib.

Nümayəndə heyəti Azərbaycanın hökumət nümayəndələri və vətəndaş cəmiyyəti təmsilçiləri ilə görüşlər keçirəcək. Məqsəd Azərbaycanın QHT qanunvericiliyinə etdiyi son dəyişikliklə bağlı rəy hazırlamaqdır. Rəy layihəsinin dekabrda Komissiyanın növbəti plenar sessiyası çərçivəsində qəbul edilməsi gözlənilir.

Azərbaycanın QHT qanunvericiliyiə dəyişikliklərinə rəy hazırlamağı Venesiya Komissiyasından Avropa Şurasının baş katibi Thorborn Jagland xahiş edib.

Həmin dəyişiklikləri yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları «mürtəce» adlandırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG