Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:10

Putin Çinlə münasibətləri tərifləyir


Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Xi Jinping

Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Xi Jinping


Rusiya prezidenti Vladimir Putin Ukrayna böhranı üzündən Qərblə əlaqələrinin pisləşdiyi bir vaxtda Çinlə münasibətləri tərifləyib.

Pekinə səfəri zamanı Putin yeni qaz kəmərinə dair sazişlərin imzalanmasında iştirak edib. Rusiya bu razılaşmalara Avropaya qaz ixracına alternativ kimi baxır. Ancaq sənədlərdə konkret detallar, Pekinin ödəməni necə edəcəyi barədə suallara cavab yoxdur.

Bu səfər Putinə Pekinlə münasibətlərini təbliğ etməyə imkan verir. Noyabrın 10-11-də Çinin paytaxtında Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti başlanır.

Putin Çin prezidenti Xi Jinping-lə görüşündə deyib ki, Rusiya və Çin arasında əməkdaşlıq “beynəlxalq hüquq çərçivəsində sülhün saxlanması” və dünyanın daha sabit olması üçün son dərəcə vacibdir.

Putin Çin prezidenti ilə 2 ildən az müddət ərzində 10-cu dəfədir görüşür.

Günün bütün mövzuları

XS
SM
MD
LG