Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:46


Kataloniya sakinləri İspaniyadan ayrılmağa səs verib. İspaniyanın bu varlı şimal-şərq regionu Madridin etirazına baxmayaraq noyabrın 9-da qeyri-rəsmi müstəqillik referendumu keçirib.

İlkin nəticələrə görə, 2 milyon seçici səsverməyə gəlib, 1.6 milyonu müstəqilliyi dəstəkləyib. Seçici sayının 5.4 milyon olması nəzərə alınsa, seçici fəallığı zəif sayılır.

Ancaq buna baxmayaraq region lideri Artur Mas səsvermənin özünü “qələbə” adlandırıb.

Sentyabrın sonunda baş nazir Mariano Rajoy səsvermənin qanunsuz olmasına dair iddia qaldırandan sonra İspaniya Konstitusiya Məhkəməsi referendumu təxirə salıb.

Ancaq Kataloniya liderləri qeyri-rəsmi referendum keçirmək qərarına gəliblər.

İllərdir bu regionun müstəqilliyi ilə bağlı gərginlik yaşanır. İki ay öncə isə Şotlandiyada keçirilən səsvermədə Birləşmiş Krallıqdan ayrılmamağa səs verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG