Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 16:01


Noyabrın 10-da Birləşmiş Ştatlar, İran və Avropa Birliyi rəsmiləri yenidən görüşərək Tehranın nüvə proqramına dair sazişi müzakirə edəcəklər.

Noyabrın 9-da Omandakı görüş barədə detallı bilgi açıqlanmayıb. Danışıqları İranın xarici işlər naziri Javad Zarif, ABŞ dövlət katibi John Kerry və AB-nin səfiri Catherine Ashton aparır.

Bu arada ABŞ prezidenti Barack Obama deyib ki, razılaşmanın əldə olunması yolunda Tehranla dünyanın altı güclü dövləti arasında “böyük uçurum” qalır. ABŞ televiziyasına danışan Obamanın fikrincə, noyabrın 24-dək qoyulmuş son tarixədək razılaşma əldə olunmaya bilər.

Əsas mübahisəli məqam İranın uran zənginləşdirmə sentrifuqalarının sayı ilə bağlıdır. Tehran gizlicə nüvə silahı hazırlamadığını deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG