Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:14

Əli Kərimli: «Hakimiyyət həbs etdiyi fəalları «cinayətkar» kimi qəbul etdirə bilmədi»


AXCP sədri Əli Kərimli

AXCP sədri Əli Kərimli

-

Bəzi müxalif qüvvələrin birləşdiyi Milli Şura bu gün Bakının Yasamal rayonunda, keçmiş «Məhsul» stadionunda mitinq keçirir. Mitinqin əsas hədəfi həbsdə olan ictimai fəallara azadlıq tələbidir.

Milli Şurada təmsil olunan AXCP sədri Əli Kərimli öz Facebook səhifəsində yazır ki, «Bayraq günündə meydanı» onlara veriblər:

«Tarixi ədalət bir neçə saatlıq da olsa, bərpa olunacaq. Bayrağımızı yenidən başımız üzərində qaldırmaq üçün olmazın əziyyət çəkmiş hərəkat veteranları, onların gənc ardıcılları yenidən fəxr və sevgi ilə milli bayrağımıza sarılacaq, onu qürurla izdihamlı mitinqin başı üstündə dalğalandıracaq».

Əli Kərimli yazır ki, 9 noyabrda «həm siyasi məhbus dostlarımıza azadlıq, millətimizə ədalət tələb edəcəyik, həm də stadionu milli bayraqlarımızla bəzəyib, əziz bayrağımıza sevgimizi ifadə edəcəyik».

«ETİRAZ AKSİYASI CƏMİYYƏTİN SUSMADIĞINI GÖSTƏRİR»

AXCP sədri Əli Kərimli AzadlıqRadiosuna bildirib ki, onun fikrincə, hakimiyyət həbs etdiyi ictimai fəalların cəmiyyətdə «cinayətkar» kimi qəbul edilməsinə nail ola bilmədi.

Əli Kərimli deyir ki, onların etiraz aksiyası cəmiyyətin susmadığını göstərir və hakimiyyəti ictimai fəalları gec-tez azad etməyə məcbur edəcək:

«Bu mitinq həm də siyasi məhbusların beynəlxalq müdafiəsinin sürətlənməsinə də ciddi təkan verəcək».

Mitinq Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb.

Milli Şura sonuncu mitinqini oktyabrın 12-də keçirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG