Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:46

Kəndlilər nazirə subsidiyaları ala bilməməklərindən gileyləndilər


Kəndlilər nazirə subsidiyaları ala bilməməklərindən gileyləndilər
Gözlə

No media source currently available

0:00 0:03:42 0:00

-

- İlin əvvləlində Qubada sizin qəbulunuzda oldum. İşlə əlaqədar müraciət etdim...

- Təvəllüdünüz neçədir?

- 1959... Siyəzəndə texniki nəzarət müfəttişliyində mühəndis yeri il yarımdır ki, boşdur. Mənsə işsizəm...

- Təhsilin, ixtisasın nədir?

- Ali təhsilliyəm. Kənd təsərrüfatı mütəxəssisiyəm... Əvvəllər rayon texnika birliyinin baş mühənsisi, aqrosənaye birliyində baş böyük mühəndis vəzifələrində işləmişəm.

- Axırıncı dəfə işdən niyə çıxmısan?

- Sığorta idarəsində sınaq müddətinə işlədim, ixtisasıma uyğun iş olmadığına görə baş açmadım.

Kənardan:

- Sənədləri təqdim edib. Baxılacaq...

Nazir:

- 10 gündən sonra əlaqə saxlayarsan. Şəxsən özüm sənin işini nəzarətdə saxlayacam.

Noyabrın 7-də Kənd Təsərrüfatı naziri Heydər Əsədov Xaçmazdakı Tarix Diyarşünaslıq Muzeyində keçirdiyi qəbula gəlmiş siyəzənli Bəhman Almatov iş istəyirdi. Narazılığı rayonda ixtisasına uyğun iş ola-ola işsiz qalmasından idi. Uzun illər kənd təsərrüfatı sahəsində mütəxəssis işləmiş Almatov işsizlikdən ixtisasına yaxın olmayan sığorta sahəsində özünü sınasa da, baş açmayıb.

Nazirdən istəklər müxtəlif idi - gübrə üçün gələn kim, iş istəyən kim, məktəbin həyətini kənd təsərrüfatı üçün istifadə etməkdən ötrü ağız açan kim...

Nazirin qulağı nələr eşitmədi - suvarma sistemindəki problemlər, subsidiyaların miqdarının azlığı, heyvanlar arasında yaranan xəstəliklər...

Nazir:

- Tərifləməyin, olan nə varsa, onu deyin. Kişi, nətəhərdi vəziyyət?

- Çətindir, nazir, heç nə əkə bilmirik... 8-10 hektar yerim var, pulum yoxdur əkməyə...

- Vəsait deyəndə ki, dövlət subsidiya verir dəə...

- Banklar yubadırlar... Vermirlər... Mənə hardasa 10-15 min manat lazımdır ki, təsərrüfatımı yaradam.

- Bunu qoyaq bir kənara. Toxumun, gübrən – axı nəyin yoxdur? Sənə faizsiz borc versəm əkərsən?

- 15 hektar torpağı əkərəm.

- A kişi, daha pulu aparıb uşağın məktəbinə köçürməhaaa, əkmək üçün nəyin çatmır onu de...

Heydər Əsədov kəndliyə maliyyə dəstəyi verəcəyini vəd edir və xəbərdarlıq edir:

- Sənə pul veriləcək, kişi... Ancaq sənə uşaqğın məktəbinə keçirməyə pul lazımdırsa, o bizdə yoxdur...

Kəndlilər nazirdən kənd təsərrüfatı texnikasının güzəştli kreditlər hesabına alınmasına, toxumçuluğun inkişafına yardım istədilər.

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müvafiq tədbirlər görürlər.

XS
SM
MD
LG