Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:30

Pakistanda bir neçə yüz adam 6 yaşlı qızın qətlinə etiraz edib


Arxiv foto

Arxiv foto

Pakistanda Həzərə etnik qrupa mənsub bir neçə yüz adam 6 yaşlı qızın qətlinə etiraz edib.

Kütlə Balocistan vilayətinin əsas şəhəri olan Quetta polis idarəsinin qabağına yığılıb. Ölkədə azlıq sayılan Həzərələrdən olan Sahar Batool adlı qız noyabrın 5-də ölü tapılıb. Qızı boğub meyiti zibilliyə atıblar.

Pakistanın Hüquq Müdafiəsi Komissiyası bildirir ki, son 10 ildə şiə olan həzərəlilərə qarşı zorakılıqlar 200 min həzərini qaçaq salıb.

Oktyabrın 23-də silahlı şəxslər Quettada içində həzərilələr olan avtobusu atəşə tutublar. Sərnişinlərdən 8 nəfəri ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG