Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:01

ATƏT: «Rusiya separatçılara 32 tank və qoşun dolu yük maşınları göndərib»


Arxiv foto

Arxiv foto

ATƏT bildirir ki, Ukraynanın şərqində, separatçıların nəzarətində olan ərazilərdə ağır texnikanın hərəkəti narahatlıq doğurur.

Noyabrın 8-də verilən bəyanatda deyilir ki, ATƏT-in monitorinqi zamanı Donetsk və Makiivka yaxınlığında ağır silahların və hərbi texnika karvanın hərəkəti müşahidə edilib.

Bu bəyanatdan bir gün əvvəl Ukrayna Müdafiə nazirliyi bildirib ki, Rusiya hökumət qüvvələri ilə döyüşən separatçılara dəstək üçün 32 tank və qoşun dolu yük maşınları göndərib. Rusiya bu ittihamı qəbul etməyib.

ATƏT 40-dan çox tank və yük maşının hərəkətini müşahidə etdiklərini bilidirib. Müşahidəçilərin sözlərinə görə, 19 yük maşını nişansız və nömrəsiz olub və maşınlarda tünd yaşıl geyimli adamlar varmış.

Günün bütün mövzuları

XS
SM
MD
LG