Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:24

Noyabrın 9-da səhər saatlarında Əfqanıstanın paytaxtı Kabulun baş polis idarəsinin yanında partlayış olub.

Kabul Polis İdarəsinin rəhbəri general Mohammad Zahir Zahir deyir ki, «Associated Press»ə bildirib ki, bir nəfər ölüb, 6 nəfər yaralanıb. Zahir bildirib ki, o, heç bir zədə almayıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, partlayış olan vaxt ətrafa böyük kütlə toplaşıb. Bu partlayışdan iki saat əvvəl şəhərdə başqa bir partlayış da baş verib.

Müdafiə Nazirliyi bildirib ki, bomba hərbi nəqliyyat vasitəsini hədəfə alıb, amma hadisədən heç kim zərər çəkməyib.

Taliban yaraqlıları hər iki hücum üçün məsuliyyəti öz üzərinə götürüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG