Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 04:24

İŞİD liderlərinin maşın karvanına hücum


İraq və Suirayadakı cihadçıların lideri Al Bagdadinin ölüm xəbəri hələ ki, təqdiqlənməyib.
İraq və Suirayadakı cihadçıların lideri Al Bagdadinin ölüm xəbəri hələ ki, təqdiqlənməyib.

İraqın Mosul şəhəri yaxınlığında İŞİD komandanlığına məxsus olduğu ehtimal edilən maşın karvanı məhv edilib. Bu haqda məlumat yayan Al Arabia telekanalı İŞİD yaraqlıların lideri Al Baghdadinin karvandakı maşınlardan birində olduğunu bildirir.

Reuters şahidlərin dediklərinə əsasən xəbər verir ki, İŞİD komandanlığının gizli görüşündən qayıdan 10 maşından ibarət karvan hava hücumuna məruz qalıb, lakin Al Baghdadinin orada olub-olmaması bilinmir.

ABŞ hərbi komandanlığının nümayəndəsi polkovnik Patrick Ryder də maşın karvanına hücumu təsdiq edərək cihadçılraın yüksək rütbəli şəxslərinin məhv edildiyini ehtimal kimi dilə gətirib.

Həmçinin Suriyada da cihadçı qruplaşmalarının yerli liderlərinin məhv edilməsi üçün hava hücumlarının həyata keçirildiyi bildirlir.

XS
SM
MD
LG