Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:29

Obama Şimali Koreyaya təşəkkür edir


ABŞ prezidenti Barack Obama. Arxiv fotosu
ABŞ prezidenti Barack Obama. Arxiv fotosu

Şimali Koreya həbsdə saxladığı 2 ABŞ vətəndaşını azad edib. Prezident Obama bu xoşməramlı addıma görə Şimali Koreya hakimiyyətinə təşəkkürləini bildirib. Məhbusları Kenneth Bae və Matthew Miller artıq amerikaya göndəriliblər.

Xatırladırıq ki, Miller ŞKXR-a gələrək Pxenyandan siyasi sığınacaq istəmişdi, lakin məhkəmə onu 6 il əmək koloniyasında ağır işlərlə cəzalandırdı. Koreya mənşəli Bae isə hələ 2012 missioner kimi Şimali Koreyaya gələndə onu qadağan olunmuş ədəbiyyatın yayılmasında və hakimiyyəti devirmək cəhdində ittiham edərək 15 illik həbs cəzasına məhkum etmişdilər.

ABŞ Şimali Koreyanı ittiham edirdi ki, bu həbslərdən diplomatik münasibətlərdə vasitə kimi istifadə edir.

Oktyabrın sonunda Pxenyan 5 girov saxladığı daha bir amerikalı, Jeffrey Fowle-ni sərbəst buraxmışdı.


XS
SM
MD
LG