Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:44

«Sanksiyalarla bağlı çıxarılacaq qərarlar Moskvanın öz seçimindən asılıdır»


Sergei Lavrov və John Kerry - 8 noyabr 2014

Sergei Lavrov və John Kerry - 8 noyabr 2014

-

Birləşmiş Ştatlar və rəsmi Moskva Rusiya-Ukrayna sərhədindəki vəziyyət barədə bir-birlərini məlumatlandıracaqlar.

Bunu noyabrın 8-də Pekində Rusiya xarici işlər naziri Sergei Lavrov-la görüşən ABŞ dövlət katibi John Kerry bəyan edib.

O deyib ki, Ukrayna ilə bağlı bir sıra məsələlərdə fikir ayrılıqlarına baxmayaraq, Vaşinqton və Moskva dialoqu davam etdirməyə hazırdır:

«Moskvaya qarşı sanksiyalar üzrə sonrakı qərarlar Rusiyanın seçimindən asılıdır» - J.Kerry bildirib.

«Reuters» yazır ki, bu sözlərlə Kerry, ola bilsin, Ukraynadakı durumla əlaqədar Rusiya şirkətləri və məmurlarına qarşı yeni sanksiyaların labüdlüyünə eyham vurmaq istəyib.

Pekində çıxışı zamanı Sergei Lavrov da deyib ki, Rusiya və Birləşmiş Ştatların Ukraynada baş verənlərlə bağlı mövqeləri «məlum səbəblərdən» üst-üstə düşmür.

«Bununla belə, Vaşinqton vəziyyətin sakitləşməsinə, Kiyevlə separatçıların liderləri arasında dialoq üçün şəraitin yaradılmasına kömək etsəydi, düşünürəm ki, bu, düzgün istiqamətdə addım olardı», - rusiyalı nazir bildirib.

Kerry ilə görüşdən əvvəl Lavrov bir daha Ukraynanın şərqində Rusiya hərbçilərinin olması haqda xəbərləri təkzib edib.

Ukrayna milli təhlükəsizlik və müdafiə şurasının sədri Andriy Lysenko noyabrın 6-da 30 tank, ağır top və yük maşınından ibarət Rusiya konvoyunun Luqansk vilayəti ərazisində sərhədi keçdiyini bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG