Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:49

Nigeriyalı tələbə Azərbaycan dili olimpiadasının qalibi olub


Victor Damola
Victor Damola

-

Noyabrın 6-da Azərbaycanda təhsil alan əcnəbi tələbələr arasında Azərbaycan dili olimpiadasının final və mükafatlandırma mərasimi keçirilib.

Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) təhsil alan Nigeriya vətəndaşı Victor Damola ölkədə ilk dəfə keçirilən «Əcnəbi tələbələr arasında Azərbaycan dili» olimpiadasının qalibləri sırasında olub.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Bakı Beynəlxalq Tələbə Klubunun təşkil etdiyi olimpiadada beş əcnəbi tələbə qalib adını qazanıb. ABŞ, Çin, Koreya, Türkiyə, Nigeriya, İraq, Pakistan, Əfqanıstan və Özbəkistandan olan tələbələrin qatıldığı olimpiadada finala 14 gənc vəsiqə qazanıb.

Əcnəbi gənclər Azərbaycan dilində şeir və mahnılar səsləndirərək öz bacarıqlarını nümayiş etdiriblər.

Qalibləri Prezidenti Administrasiyasının Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, deputatlar Aydın Mirzəzadə, Qənirə Paşayeva, YAP Gənclər birliyinin ofis rəhbəri Əli Pənahov, Gənclər Fondunun sektor müdiri Vaqif Seyidbəyov və başqalarının təmsil olunduğu münsiflər heyəti müəyyən edib.

Qaliblərə sertifikat və hədiyyələr təqdim olunub. /AzərTAc/

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG