Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:08

Naxçıvanda yoxa çıxdığı deyilən cəbhəçiyə 2 aylıq həbs verilib


Foto: Arxiv

Foto: Arxiv

-

Naxçıvanda yoxa çıxdığı bildirilən AXCP Culfa rayon Təşkilatının fəalı Hicran Qasımovun yeri bəlli olub.

Partiyanın muxtar respublika təşkilatının sədri Yaşar Bağırsoyun dediyinə görə, o, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Kəngərli rayonundakı Böyükdüz təcridxanasında saxlanır:

«Hicran bəyin yoxa çıxması ilə bağlı mətbuatda gedən məlumatlardan sonra evlərinə zəng vurub, onun saxlandığını bildiriblər. Ailəsinə deyiblər ki, onunla bağlı DİN-də cinayət işi açılıb. Deyiblər ki, 3 gün öncə məhkəmə keçirilib və Hicran Qasımova 3 aylıq həbs cəzası verilib. Bu gün ailə üzvləri nazirliyə gedib, məsələ ilə maraqlanacaqlar».

AzadlıqRadiosu məsələyə aydınlıq gətirmək üçün Naxçıvan Muxtar Respublika Daxili İşlər Nazirliyi ilə əlaqə saxlayıb. Nazirlikdən Hicran Qasımovla bağlı məlumat verməkdən imtina ediblər.

52 yaşlı Hicran Qasımov 1990-cı illərdən AXCP-nin üzvüdür. Onun son prezident seçkisində fəallıq etdiyi bildirilir. Yaşar Bağırsoyun dediyinə görə, Hicran Qasımov həbsindən əvvəl izləndiyini deyirmiş. Onun noyabrın 4-dən yoxa çıxdığı bildirilirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG