Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:24

Magistr və doktorantlar əsgər getməyəcəklər


Foto: Arxiv
Foto: Arxiv

-

Azərbaycanda magistr və doktorantlara həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi yenidən Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Bu məsələ artıq parlamentdə yeni hazırlanan «Elm haqqında» qanun layihəsinə də daxil edilib.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvi Musa Qasımlı Trend-ə bildirib ki, möhlət hüququnun verilməsində məqsəd təhsilin fasiləsizliyini təmin etməkdir.

M.Qasımlı deyib ki, möhlət hüququnun olması hərbi xidmətdən azad edilmək anlamına gəlmir. Möhlət hüququ bitdikdən sonra həmin şəxslər Vətən qarşısında öz borclarını verməlidirlər.

Magistr və doktorantlara həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi bir neçə dəfə Milli Məclisdə qaldırılsa da, bu məsələ qanunvericiliyə daxil edilməyib.

«Elm haqqında» qanun layihəsinin Milli Məclisin payız sessiyasında müzakirəsi nəzərdə tutulub.

XS
SM
MD
LG