Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:47

Ukraynada imla müsabiqəsi – siyasi aksiya kimi


-

Ukraynada keçirilən imla müsabiqəsi həmişə siyasi çalara malik olub.

Ölkə əhalisinin 1/3 hissəsi ukrain dilində danışmır, onlar üçün ana dili ya rus dilidir, ya da adına “surjik” deyilən rus və ukrain dillərinin qarışığı.

2000-ci ildən bəri keçirilən müsabiqə rəsmən “Milli Birlik uğrunda Ümumukrayna İmla Müsabiqəsi” adlanır.

Bu il müsabiqənin siyasi çaları daha açıq hiss olunur. Ukrayna ordusu əsasən rusdillilərin yaşadığı şərq bölgələrində separatçılarla üz-üzədir.

Müsabiqəni keçirən Milli Radio Şirkəti bildirib ki, bu il qaliblərə verilməli olan pul mükafatları separatçılarla döyüşən Ukrayna ordusuna yönəldiləcək.

Başqa sözlə, builki müsabiqə həm təşkilatçılar, həm də iştirakçılar üçün sırf Ukraynanın ərazi bütövlüyünə dəstək nümayişidir.

İmla müsabiqəsi Ukrayna dili günü ərəfəsində keçirilir və kifayət qədər populyardır. Ötən il müsabiqəyə 13 min nəfər qatılıb.

180 sözlük mürəkkəb mətn radiodan oxunur və iştirakçılar onu yazıya köçürüb müsabiqə təşkilatçılarına yollamalıdırlar.

Kiyevdə yerləşən Ukrayna Mədəniyyəti Mərkəzinin rəhbəri Svitlana Dolesko müsabiqədə hər il iştirak edir. Bu il o, 7 səhv buraxıb. Əsasən durğu işarələri ilə bağlı.

Ukrayna əsgəri
Ukrayna əsgəri

O deyir ki, imlanı bircə dənə də olsun səhv buraxmadan yaza bilənəcən müsabiqəyə qatılmağa davam edəcək.

Dil - Ukraynada çox həssas məsələdir. O qədər həssas ki, hakimiyyətə gələn qərbyönümlü siyasətçilərin ilk işlərindən biri parlamentdə qanun qəbul edib rus dilini dövlət dili statusundan məhrum etmək olmuşdu.

Bu, ölkənin şərqində narazılıqla qarşılandığı üçün ölkə rəhbəri onu imzalamaqdan imtina etmişdi.

Digər tərəfdən, Rusiya həmin qanundan bir bəhanə kimi istifadə edib rusiyayönümlü separatçılara dəstək verməsini əsaslandırmağa çalışmışdı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG