Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:37

İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatı Leyla Yunusla bağlı bəyanat yayıb


Leyla Yunus

Leyla Yunus

-

İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatı (İƏÜT) həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusa və onun vəkillərinə qarşı təzyiqləri pisləyən bəyanat yayıb.

Təşkilat Leyla Yunusun və onun həyat yoldaşının həbs müddətinin 4 ay uzadılmasından, vəkillərin onların müdafiəsindən kənarlaşdırılmasından təəccübünü və qəzəbini ifadə edir.

Təşkilat Azərbaycan hakimiyyətindən Yunusların tibbi, fiziki və psixoloji toxunulmazlığının təmin edilməsi üçün təcili və adekvat tədbirlər görməyi tələb edir. Bəyanatda, həmçinin, Azərbaycan QHT-lərinə qarşı artmaqda olan repressiyalara son qoyulması, həbs edilmiş hüquq müdafiəçilərini dərhal və qeyd-şərtsiz azad edilməsi tələb olunur.

İƏÜT bəyanatı yayarkən, BMT-nin hüquq müdafiəçilərinin müdafiəsi zərurəti haqqında 9 dekabr 1998-ci il tarixli bəyannaməsinə istinad etdiyini bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG